27–28 iyun 2026-cı il tarixlərində Bakıda “Xəzər Görüşləri 6” Beynəlxalq Qastroenterologiya Konqresi keçirilib. Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici tanınmış mütəxəssislər iştirak ediblər.

Konqres çərçivəsində qastroenterologiya, hepatologiya, endoskopiya, qaraciyər və mədə-bağırsaq xəstəlikləri üzrə müasir diaqnostika və müalicə üsulları müzakirə olunub. Tədbir mütəxəssislər arasında elmi fikir və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub.

16-21 dekabr 2024-cü il tarixində Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsi-2024 tədbiri keçirilmişdir. Nevrologiya həftəsi çərçivəsində Bakı aşağıdakı milli və beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

— 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı, 17-18 dekabr 2024
— Azərbaycan Nevroloqlarının 8-ci Konfransı, 18 dekabr 2024
— Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi, 19-20 dekabr 2024
— “EPNS” təlim kursları, 19-20 dekabr 2024

7–8 dekabr 2024-cü il tarixlərində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi keçirilib. Anesteziologiya, reanimatologiya və intensiv terapiya sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirən tədbirdə müasir tibbin aktual istiqamətləri, innovativ müalicə yanaşmaları və klinik təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb.

Konqres çərçivəsində müxtəlif elmi sessiyalar təşkil olunub, aktual mövzular üzrə məruzələr təqdim edilib və tibb mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsi həyata keçirilib. Tədbir ölkəmizdə reanimatologiya və anesteziologiya sahəsinin inkişafına, müasir tibbi biliklərin paylaşılmasına və peşəkar əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verib.

"Referans Pharmaceuticals" MMC konqresin sponsoru qismində çıxış edərək səhiyyə və tibb elminin inkişafına,

9-10 sentyabr 2022-ci il tarixində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyəti (AzRAC) ilə Türkiyə Anestezioloji və Reanimasyon Dərnəyinin (TARD) birgə təşkilatçılığı, Səhiyyə Nazirliyi və TƏBİB-in dəstəyi ilə “Hilton” oteldə “Türkiyə-Azərbaycan Anesteziologiya və Reanimasiya, Ağrı workshop günləri” adlı konfrans keçirilib. Konfransın başlanğıcında şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Azərbaycan və Türkiyənin Dövlət Himnləri səsləndirilib. İradə Səlimova və Büllur Dağçının aparıcılığı ilə konfrans öz işinə davam edib.

AzRAC sədri, professor İsfəndiyar İsmayılov giriş nitqi ilə çıxış etmişdir. Professor konfransın Azərbaycan təbabəti üçün əhəmiyyətini qeyd edərək, tədbirin

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2026, refranscorp.com Dizayn: İNNOA MMC