Bakıda Nevrologiya həftəsi-2024

2024-cü il 16-21 dekabr tarixində Nevroloqların Milli Assosiasiyası, Azərbaycan Uşaq Nevroloqları Cəmiyyəti və Türkdilli Dövlətlərin Nevrologiya Cəmiyyətinin təşkilatçılığı ilə Bakıda Nevrologiya həftəsi-2024 tədbiri keçirilmişdir. Nevrologiya həftəsi çərçivəsində Bakı aşağıdakı milli və beynəlxalq tədbirlərə ev sahibliyi etmişdir.

— 2-ci Azərbaycan Uşaq Nevroloqlarının Konfransı, 17-18 dekabr 2024
— Azərbaycan Nevroloqlarının 8-ci Konfransı, 18 dekabr 2024
— Türkdilli Dövlətlərin 5-ci Beynəlxalq Nevrologiya Konqresi, 19-20 dekabr 2024
— “EPNS” təlim kursları, 19-20 dekabr 2024

Bu tədbirlərdən əlavə 16, 17 və 21 dekabr 2024-cü il tarixlərində nevrologiyanın bir sıra sahələri üzrə masterklaslar təşkil edilmişdir.
Konqresdə baş ağrıları, nevroloji xəstəliklər və müalicə yolları haqqında ən son elmi yeniliklər paylaşılmışdır.
Tədbir çərçivəsində Turkiyə, Qazaxıstan, Türkmənistan, Gürcüstan və Rusiyadan dəvət olunmuş alimlər və mütəxəssislər arasında geniş fikir mübadiləsi aparılmışdır. Həmçinin elmi araşdırmalar təqdim olunmuş və nevrologiyanın inkişafına dair yeni əməkdaşlıq imkanları müzakirə edilmişdir.
Nevrologiya sahəsində bilik və təcrübənin, yeniliklərin paylaşılması, həmçinin türkdilli dövlətlər arasında elmi əlaqələrin möhkəmləndirilməsi baxımından mühüm rol oynayan bu konqresə “Referans Pharmaseuticals” MMC sponsor kimi dəstək olmuşdur.

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2026, refranscorp.com Dizayn: İNNOA MMC