Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan Muxtar Respublikası Kardiologiya Konqresi"

22-23 sentyabr 2023-cü il tarixlərində Naxçıvan Dövlət Universitetində Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 100 illik yubileyinə həsr olunmuş "Naxçıvan Muxtar Respublikası Kardiologiya Konqresi" təşkil olunmuşdur. Tədbir Azərbaycan Respublikası Səhiyyə Nazirliyi,

Naxçıvan Dövlət Universiteti və Azərbaycan Kardiologiya Cəmiyyətinin birgə təşkilatçılığı ilə təşkil edilmişdir. Ölkənin səhiyyə sahəsi üçün böyük əhəmiyyət daşıyan bu konqresə "Referans Pharmaceuticals" MMC sponsor qismində dəstək göstərmişdir.

Konqresdən əvvəl iştirakçılar Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərinin mərkəzində ucalan abidəsini ziyarət etmiş və Ümummilli Lider Heydər Əliyev Muzeyinin zəngin ekspozisiyası ilə tanış olmuşdurlar.

İki gün davam edən elmi proqramın ilk günündə kliniki hallarla EKQ kursu tədris olunmuşdur. Növbəti gündə isə yerli və xarici mütəxəssislərin, eləcə də aparıcı tərəfdaşların iştirakı ilə kardiologiya sahəsindəki müasir yanaşmalar, innovativ müalicə üsulları və qan dövranı sistemi xəstəlikləri ətrafında elmi məruzələr dinlənilmişdir. Bu tədbir regionda tibbi xidmətin keyfiyyətinin artırılması, kadr hazırlığının təkmilləşdirilməsi və kardiologiya sahəsindəki ən son yeniliklərin öyrənilməsi baxımından mühüm əhəmiyyət kəsb etmişdir.

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2026, refranscorp.com Dizayn: İNNOA MMC