Şirkətimiz 2014-cü ildə yaradılmısdır.
Şirkətimizin məqsədi və məramı əhalini müasir elmi və praktiki təcrübələrlə (laborator və kliniki) sınanmış, avropa ölkələrində istehsal olunan, yüksək keyfiyyətli dərman vasitələri, tibbi vasitələr və bioloji qida əlavələri ilə təmin etməkdir. Fəaliyyətimizin ilk günündən etibarən İtaliyanın, Almaniyanın, İspaniyanın, Fransanın və bir sıra digər inkişaf etmiş ölkələrin dərman vasitələri, tibbi vasitələr və bioloji qida əlavələri istehsalçıları ilə müqavilələr imzalanmış və məhsulların idxalı təşkil edilmişdir. Şirkətimiz öz fəaliyyətini həyata keçirərkən Azərbaycan Respublikasının “Dərman vasitələri haqqında qanunu”na əsaslanır. Əməkdaşlıq etdiyimiz istehsalçılardan idxal etdiyimiz məhsullar əczaçılıq bazarına tanıdılır və paylanır.
Şirkətimiz dərman vasitələrinin istehsalçıları ilə bağlanmış müqavilələr əsasında dərman vasitələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 13 iyul tarixli 108 saylı qərarına əsasən “Dərman vasitələrinin dövlət qeydiyyatına alınması və reyestrin aparılması qaydaları”na uyğun qeydiyyata alınmasını həyata keçirir. Həmçinin qida əlavələrinin sertifikatlaşdırılmasını Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 25 sentyabr tarixli 142 saylı qərarı ilə təsdiq edilmiş “Yeyinti məhsullarına verilən uyğunluq, gigiyenik sertifikatlarının və baytarlıq şəhadətnaməsinin formasına və uyğunluq, gigiyenik sertifikatlarının və şəhadətnamələrinin verilməsi qaydaları”na uyğun həyata keçirir.
Hal-hazırda şirkətimizin geniş və yüksək keyfiyyətli məhsul siyahısı vardır. Şirkətimizdə müxtəlif ixtisaslı ali təhsilli əməkdaşlar fəaliyyət göstərir.