7–8 dekabr 2024-cü il tarixlərində Azərbaycan Reanimatoloqlar və Anestezioloqlar Cəmiyyətinin II Milli Konqresi keçirilib. Anesteziologiya, reanimatologiya və intensiv terapiya sahəsinin aparıcı mütəxəssislərini bir araya gətirən tədbirdə müasir tibbin aktual istiqamətləri, innovativ müalicə yanaşmaları və klinik təcrübələr ətrafında geniş fikir mübadiləsi aparılıb.
Konqres çərçivəsində müxtəlif elmi sessiyalar təşkil olunub, aktual mövzular üzrə məruzələr təqdim edilib və tibb mütəxəssisləri arasında peşəkar təcrübə mübadiləsi həyata keçirilib. Tədbir ölkəmizdə reanimatologiya və anesteziologiya sahəsinin inkişafına, müasir tibbi biliklərin paylaşılmasına və peşəkar əməkdaşlığın daha da möhkəmləndirilməsinə mühüm töhfə verib.
"Referans Pharmaceuticals" MMC konqresin sponsoru qismində çıxış edərək səhiyyə və tibb elminin inkişafına,
elmi platformaların dəstəklənməsinə və tibbi mütəxəssislər arasında bilik mübadiləsinin təşviqinə verdiyi töhfəni bir daha nümayiş etdirib.
