Dəyərli Həkimlərimiz!
Aktiv həkimlərin təşəbbüsü və Referans Pharmaceuticals MMC şirkətinin təşkilati dəstəyi ilə “Həkimlərarası Şahmat Turniri” nə qeydiyyatı açıq elan edirik!
Turnir İsveçrə sistemi ilə təşkil olunacaq və 7 turdan ibarət olacaq. 7 tur nəticəsində ən çox bal toplayan ilk 3 yerin sahibinə mükafatlar təqdim olunacaq.
Tədbirdə yalnız həkimlər iştirak edə bilər. Qeydiyyatdan keçən ilk 60 nəfər Turnirdə iştirak etmək hüququ qazanacaq. Qeydiyyatdan keçməyə tələsin!
Tarix: 07.11.2019
Saat: 18:00 – 22:00
Tədbirə yarım saat (30 dəqiqə) əvvəl gəlməniz xahiş olunur.
Məkan: Grandmaster Şahmat Klubu
Ünvan: Yasamal rayonu, M. Rəhim küçəsi 534 (Vergilər Nazirliyinin arxası)
Nəzərdə tutulan iştirakçı sayı: 60 nəfər. Qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur.
Turnirdə iştirak etmək hüququ qazanan həkimlərlə təşkilatçı komanda ən qısa zamanda əlaqə saxlayacaq.
Qeydiyyatda hər hansı problem yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.
Mob.: + 99455 573 31 54
Qeyd: Tədbirə email ünvanınıza gələn dəvət məktubu (elektron və ya kağız formatda) ilə yaxınlaşın.