Həkimlərarası Şahmat Turniri

Dəyərli Həkimlərimiz!

Aktiv həkimlərin təşəbbüsü və Referans Pharmaceuticals MMC şirkətinin təşkilati dəstəyi ilə “Həkimlərarası Şahmat Turniri” nə qeydiyyatı açıq elan edirik!

Turnir İsveçrə sistemi ilə təşkil olunacaq və 7 turdan ibarət olacaq. 7 tur nəticəsində ən çox bal toplayan ilk 3 yerin sahibinə mükafatlar təqdim olunacaq.

Tədbirdə yalnız həkimlər iştirak edə bilər. Qeydiyyatdan keçən ilk 60 nəfər Turnirdə iştirak etmək hüququ qazanacaq. Qeydiyyatdan keçməyə tələsin!

Tarix: 07.11.2019

Saat: 18:00 – 22:00

Tədbirə yarım saat (30 dəqiqə) əvvəl gəlməniz xahiş olunur.

 

Məkan: Grandmaster Şahmat Klubu

Ünvan: Yasamal rayonu, M. Rəhim küçəsi 534 (Vergilər Nazirliyinin arxası)

Nəzərdə tutulan iştirakçı sayı: 60 nəfər. Qeydiyyatdan keçməyə tələsin. Yerlər məhduddur.

Turnirdə iştirak etmək hüququ qazanan həkimlərlə təşkilatçı komanda ən qısa zamanda əlaqə saxlayacaq.

Qeydiyyatda hər hansı problem yaranarsa, bizimlə əlaqə saxlaya bilərsiniz.

Mob.: + 99455 573 31 54

Qeyd: Tədbirə email ünvanınıza gələn dəvət məktubu (elektron və ya kağız formatda) ilə yaxınlaşın.

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2024, refranscorp.com Dizayn: İNNOA MMC