27–28 iyun 2026-cı il tarixlərində Bakıda “Xəzər Görüşləri 6” Beynəlxalq Qastroenterologiya Konqresi keçirilib. Azərbaycan Qastroenterologiya və İnvaziv Endoskopiya Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirdə yerli və xarici tanınmış mütəxəssislər iştirak ediblər.
Konqres çərçivəsində qastroenterologiya, hepatologiya, endoskopiya, qaraciyər və mədə-bağırsaq xəstəlikləri üzrə müasir diaqnostika və müalicə üsulları müzakirə olunub. Tədbir mütəxəssislər arasında elmi fikir və təcrübə mübadiləsi, eləcə də beynəlxalq əməkdaşlığın inkişafı baxımından mühüm platforma olub.
Tədbirdə “Referans Pharmaceuticals” MMC sponsor qismində iştirak edərək konqresin keçirilməsinə öz dəstəyini göstərib. Şirkətin bu kimi elmi və peşəkar tədbirlərdə iştirakı səhiyyə və tibb sahəsində inkişafın, elmi əməkdaşlığın və müasir tibbi yanaşmaların dəstəklənməsinə verdiyi önəmi nümayiş etdirir.
“Xəzər Görüşləri 6” müasir qastroenterologiyanın ən son yeniliklərinin təqdim olunduğu və müxtəlif ölkələrdən olan mütəxəssisləri bir araya gətirən əhəmiyyətli elmi tədbir kimi yadda qalıb.
