Həkimlərarası Şahmat Turniri “Xəstəliklərə birlikdə mat deyək!”

Həkimlərin təşəbbüsü və Referans Pharmaceuticals MMC şirkətinin təşkilati dəstəyi ilə 07.11.2019 tarixində Bakıda Grandmaster Şahmat Klubunda “Xəstəliklərə birlikdə mat deyək!”  devizi ilə Həkimlərarası Şahmat Turniri keçirilmişdir. Turnirdə Azərbaycanın müxtəlif bölgələrindən ixtisasından asılı olmayaraq 40-a yaxın həkim iştirak etmişdir.

7 turdan ibarət olan və 4 saata qədər davam edən turnir İsveçrə sistemi ilə təşkil edilmiş  və 7 tur nəticəsində ən çox bal toplayan ilk 3 yerin sahibi hədiyyə və sertifikatlarla təltif olunmuşdur.

1-ci yer: Elvin Quliyev (Mərkəzi Gömrük Hospitalı)

2-ci yer: Zeynal Eyyubov (Zabrat Müalicə - Diaqnostika Mərkəzi)

3-cü yer: Kamran  Beydillayev (Mərkəzi Gömrük Hospitalı)

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2024, refranscorp.com Dizayn: İNNOA MMC