2018-ci ildən fəaliyyətə başlayan Referans Poliklinikdə 4000-ə qədər laborator müayinələr, həmçinin müxtəlif ixtisaslı həkim qəbulu, Utrasəs müayinəsi kimi bir çox xidmətlər göstərilir. 

Referans Poliklinikdə Dermatoveneroloq, Endokrinoloq və Uşaq Endokrinoloqu, Pediatr, Ginekoloq, Kardioloq, Psixiatr həkimlərimiz fəaliyyət göstərir.

Referans Poliklinikdə laborator müayinələr ən son texnologiya və metodlar tətbiq edilərək, beynəlxalq protokollara əsaslanaraq yerinə yetirilir və bütün nəticələr kontrol müayinədən keçirilir. Pasiyent hüquqlarına hörmət etməyi, məlumatlandırmağı, testləri sürətli, doğru, izlənilə və təkrarlana bilən üsullarla çalışmağı əsas götürmək, peşəkar həkim qəbullarının və müayinələrinin aparılmasını təmin etmək mərkəzimizin ən böyük üstünlüklərindən biridir. Məsuliyyətimizi dərk edərək fəaliyyətimizdə daima ən yüksək səviyyəli xidmət göstərmək və hər kəsin etibar etdiyi mərkəz kimi qalmaq hədəflərimizi rəhbər tuturuq. Qabaqcıl dünya təcrübəsindən və müasir tibbi texnologiyaların imkanlarından istifadə edərək, pasiyentlərimizin məmnunluq dərəcəsini fasiləsiz yüksəltmək əzmindəyik. Məhz bu məqsədimizi əsas tutaraq 2018-ci ildə ISO 9001:2015 (Keyfiyyəti İdarəetmə Sistemi) sertifikatını əldə etmişik.

REFERANS POLİKLİNİKA

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2024, refranscorp.com Dizayn: İNNOA MMC