MonoDerma M5 (0,5% Fol turşusu)

Print

Tonuslandırıcı+Bərpaedici

Monoderma M5 tərkibində 0,5% konsentrasiyada saf M vitamini (fol turşusu) vardır.
M vitamini əsas qidalı maddələrdən biri olub müxtəlif bioloji proseslərdə iştirak edir. Fibroblastların bölünməsini stimullaşdıraraq dərinin fəaliyyəti üçün vacib olan kollagen və elastin sintezini artırmaq xüsusiyyəti sayəsində epidermisdə və dermada dəri hüceyrələrinin regenerasiyasına kömək edir.
M vitamini DNT replikasiyasında və bərpasında iştirakı və antioksidant təsiri sayəsində UV şüalar tərəfindən zədələnmənin qarşısını alır. Yaşla əlaqəli dəri dəyişiklikləri azalır, dərinin sıxlığı artır, qırışlar azalır, dəri daha hamar və elastik olur.
Monoderma M5 yalnız yaşlanma əlamətlərinin profilaktika və aradan qaldırılması üçün deyil, həmçinin kimyəvi və mexaniki estetik prosedurlardan sonra da dərinin bərpası üçün ideal seçimdir.

  • Kollagen və elastin sintezini stimullaşdırır
  • Dərinin elastiklikliyini artırır
  • Qırışların qarşısını alır və azaldır
  • Estetik prosedurlardan sonra epidermisin bərpasını stimullaşdırır
  • Antioksidant təsir göstərir

Gündə 1 MonoDermoDose

İstifadə qaydası
Kapsulu açaraq içərisindəki serumu üzün və boynun dərisinə çəkmək lazımdır.
Buraxılış forması
28 yumşaq kapsul

İstehsalçı
Giuliani, İtaliya

 

Ətraflı məlumat üçün PDF işarəsinin üzərinə basın: 

488px PDF file icon.svg

XÜSUSİ GİRİŞ

Məhsul haqqında daha geniş məlumat yalnız səhiyyə işçiləri üçün nəzərdə tutulmuşdur.

Həkim / əczaçı / səhiyyə işçisi olduğumu bəyan edirəm.

PDF Yüklə

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2024, refranscorp.com Dizayn: İNNOA MMC