MonoDerma C10 (10% Askorbin turşusu)

Print

Rəngi açıcı+Yaşlanma əleyhinə

Monoderma C10 tərkibində 10% konsentrasiyada saf C vitamini (askorbin turşusu) vardır.
C vitamini yaşlanma əleyhinə güclü maddədir: effektiv antioksidant təsir göstərərək və kollagen sintezini stimullaşdıraraq, dəri yaşlanmasının qarşısını alır. Monoderma C10 günbəgün dərinin təbii elastikliyini bərpa edir, üzə daha tonuslu və yığcam görüntü verir. C vitamini yalnız qırışların qarşısını almır, həmçinin adətən üzdə tünd rəngli ləkələr formasını alan dəri hiperpiqmentasiyasını nəzarətdə saxlamağa kömək edir.
Monoderma C10 açıcı təsiri sayəsində dərini daha parlaq və təravətli edir. C vitaminin güclü antioksidant təsiri UVA və UVB şüalarına qarşı vacib qoruyucu faktordur. Xüsusilə də E vitamini ilə kombinasiyada istifadə edildikdə. Bu iki vitamin arasında sinergik əlaqə vardır: C vitamini E vitaminini bərpa edir, beləliklə də sərbəst radikallar tərəfindən zədələnmələrə qarşı təsiri gücləndirir.

  • Dəri hiperpiqmentasiyasına qarşı təsir göstərir
  • Antioksidant və fotoprotektiv təsir göstərir (UVA və UVB şüaların səbəb olduğu zədələnmələrə qarşı təsir)
  • Dərini elastikləşdirir
  • Kollagen sintezini stimullaşdırır
  • Dərinin qocalmasının qarşısını alır

Gündə 1 MonoDermoDose

İstifadə qaydası
Kapsulu açaraq içərisindəki serumu üzün və boynun dərisinə çəkmək lazımdır.
Buraxılış forması
28 yumşaq kapsul

İstehsalçı
Giuliani, İtaliya

Ətraflı məlumat üçün PDF işarəsinin üzərinə basın: 

488px PDF file icon.svg

XÜSUSİ GİRİŞ

Məhsul haqqında daha geniş məlumat yalnız səhiyyə işçiləri üçün nəzərdə tutulmuşdur.

Həkim / əczaçı / səhiyyə işçisi olduğumu bəyan edirəm.

PDF Yüklə

Bakı şəhəri, Nərimanov Rayonu Mirəli Qaşqay 150 A
(+994 12) 541 55 79
info@referanspharma.com         
Copyright © 2025, refranscorp.com Dizayn: İNNOA MMC